Deputat BNA-nı İTTİHAM ETDİ - "...cərimələri qanunsuz olaraq yığır"

2022-05-13 12:27:00

Deputat BNA-nı İTTİHAM ETDİ -

“Hərbçilərin pensiya məsələsi həllini tapmır”.

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat İcra hakimiyyətlərinin şəhid ailələrinə münasibətindən də şikayətlənib: “Bürokratik əngəllər var. Digər tərəfdən, pensiya yaşı Azərbaycanda birmənalı şəkildə azaldılmalıdır. Azərbaycanda vətəndaşların yaşam həddi 70 yaşı keçmir. Sağlamlıq problemləri orta ömrə ciddi şəkildə təsir etməkdədir. Biz yarımçıq qalan bu məsələləri həll etməliyik”.

Fazil Mustafa qanunsuz şəkildə cərimələr yığıldığınmı da deyib: "BNA yenə həmin cərimələri qanunsuz olaraq yığır. Maşın sürən hər bir şəxs bundan narazıdır". (APA)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya