Saat:07:38
Haqqımızda

Deputat: Bakı-Quba ödənişli yolunda tariflər çox yüksəkdir, maşınlar yoldan istifadə etmir

2023-11-14 14:42:06

Deputat: Bakı-Quba ödənişli yolunda tariflər çox yüksəkdir, maşınlar yoldan istifadə etmir

Bakı-Quba ödənişli yolunda tariflər çox yüksəkdir, maşınlar yoldan istifadə etmir.

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Vahid Əhmədov deyib.

Deputat qeyd edib ki, azı 2-3 dəfə rayonda olub, amma yolda maşın olmayıb: “Ancaq beynəlxalq yükdaşıyan maşınlar o yoldan istifadə edir. Ödənişli yolda tariflərə yenidən baxılması zəruridir, bu tariflər endirilməlidiir”.

Deputat hökumətdən xahiş edib ki, müharibə veteranlarına 80 manat müavinət məbləğinə yenidən baxılsın və hərbçilərin xidmət stajının 20 ildən 25 ilə qaldırılması ilə əlaqədar bu yalnız qanun qəbul ediləndən sonrakı şəxslərə şamil edilsin.

Vahid Əhmədov həmçinin qeyd edib ki, 2023-cü ildə cənab Prezidentin fərmanı ilə ölkənin ərzaq buğdası ilə təmin edilməsi üçün dövlət büdcəsindən 200 milyon manat ayrılıb: “2024-cü ilin dövlət büdcəsində bu məqsəd üçün 60 milyon manat, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 502,0 milyon manat vəsait nəzərdə tutulub. Ayrılan vəsaitin düzgün xərclənməsi ərzaq bazarında qiymətlərə öz müsbət təsirini göstərməli və bu sahədə idxaldan asılılığı azaltmalıdır. Çünki idxalın da 2023-cü ilə nisbətən 2024-cü ildə 8.3% artaraq 16,1 milyard manata çatacağı proqnozlaşdırılır”

Deputat eyni zamanda səhmləri əsasən dövlətdə olan dövlət şirkətlərinin özəlləşdirilməsi tədricən həyata keçirilməli olduğunu diqqətə çatdırıb: “Həmin şirkətlərə dövlət büdcəsindən vəsaitin azaldılmasına və gələcəkdə özünü maliyyələşdirməsinə nail olunmalıdır. Belə şirkətlər kifayət qədər çoxdur”.

APA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.265779