Saat:00:06
Haqqımızda

Deputat: “Azərbaycan növbəti dəfə güc yolu ilə torpaqlarını azad edə bilər”

2022-08-10 20:39:00

Deputat: “Azərbaycan növbəti dəfə güc yolu ilə torpaqlarını azad edə bilər”

“Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət, prezident İlham Əliyevin qətiyyətli və prinsipal mövqeyinin nəticəsində artıq Ermənistan Azərbaycanın yaratdığı reallığı qəbul edir. Xüsusən də, “Qisas” anti-terror əməliyyatından sonra ermənilər bir daha anladılar ki, Azərbaycan tərəfi sona kimi məqsədinə çatmaq üçün bütün addımları atacaq. Biz dəfələrlə xəbərdarlıq etmişdik ki, Ermənistan belə davam etsə, Azərbaycan tərəfi anti-terror əməliyyatlarına başlaya bilər. Beləliklə, bu yaxınlarda onların ən kiçik təxribatlarının qarşısı alındı və bundan sonra da alınacaq”. 

Hurriyyet.az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Ceyhun Məmmədov deyib. Deputatın sözlərinə görə, hazırda həm Ermənistanda, həm Qarabağdakı ermənilər arasında təmsilçilik əhval-ruhiyyəsi hökm sürür:

“Qarabağda və Ermənistandakı erməniləri düşünürdülər ki, Rusiya sülhməramlılarının kontingentinin ora gəlməsi, orada müvəqqəti yerləşdirilməsi onlara hansısa bir zəmanətdir və onları törətdikləri təxribatdan qoruyacaq.



Amma, son proses onu göstərdi ki, bu elə deyil. Bütün bunlar bir daha ermənilərə başa saldı ki, Azərbaycana qarşı hansısa dirəniş göstərmək qeyri-mümkündür. Ən pis halda Azərbaycan növbəti dəfə bütün ərazilərə güc yolu ilə daxil olaraq torpaqlarını azad edə bilər. Biz hələ ermənilərə şərait yaradırıq və güzəşt edirik. Onlar sülh müqaviləsini imzalamalı və münasibətlərin normallaşması üçün addımlar atmalıdırlar. Əgər bu addımları atılmasına getməsələr əlbəttə ki, bunun Ermənistan üçün aqibəti çox ağır olacaq. Hesab edirəm ki, Ermənistan özü də bunu çox yaxşı başa düşür və artıq anlayır. Ermənistan belə davam etsə, Azərbaycanın da əməliyyatları davam edəcək. Bundan da ən çox əziyyət çəkən məhz ermənilər olacaq”.

Aynurə Pənahqızı

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR