Deputat Aqil Məmmədov sırğalı oğluna mədəniyyət sahəsində iş axtarır (FOTOLAR)
2022-05-16 21:31:00
Deputat Aqil Məmmədovun oğlu mədəniyət sahəsində iş axtararır.
Millət vəkili özü bu barədə 32gun.az-a açıqlama verib. O bildirib ki, oğlu hazırda işsizdir:
"Hazırda ictimai işlərlə məşğuldur, çalışır ki mədəniyyət sahəsində iş tapsın. Heç bir bizneslə məşğul deyil".
Deputatın oğlu Turan Məmmədov Türkiyədə təhsil alıb. O sosial şəbəkələrdə aktiv istifadəçidir. Fotoları arasında diqqət çəkən məqam isə deputatın oğlunun geyim tərzi və qulağındakı sırğasıdır.