Saat:08:45
Haqqımızda

Deputat Ağalar Vəliyev Sloveniyada səfərdə olub

2024-05-08 17:47:09

Deputat Ağalar Vəliyev Sloveniyada səfərdə olub

Milli Məclisin Sloveniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsinə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün Sloveniyada səfərdə olub. 

Anım tədbirlərinin keçirildiyi Nova Qoritsa şəhərinə gələn Ağalar Vəliyev burada şəhərin meri Samo Turellə görüşüb. Görüşdə Sloveniya ilə Azərbaycan arasında mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Sonra deputat Ağalar Vəliyev Nova Qoritsa şəhərində hər il ənənəvi olaraq keçirilən əfsanəvi partizan Mehdi Hüseynzadənin anım tədbirlərinə qatılıb.

Anım tədbirlərində Mehdi Hüseynzadənin Nova Qoritsa şəhərinin Şempas qəsəbəsindəki abidəsi və xatirə muzeyi ziyarət olunub. Xatirə muzeyinin qarşısında keçirilən anım tədbirində deputat Ağalar Vəliyev çıxış edib. O, xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin xatirəsinə göstərilən ehtirama görə Sloveniya xalqına və dövlətinə xüsusi təşəkkürünü bildirib, Sloveniyada faşizmə qarşı aparılan mübarizədə həlak olmuş əfsanəvi partizan Mixaylonun xatirəsinin həm Azərbaycanda, həm də Sloveniyada əziz tutulduğunu  söyləyib.

Tədbir iştirakçıları həmçinin əfsanəvi partizanın həlak olduğu Vitovje kəndini, Çepovan qəsəbəsində məzarını ziyarət ediblər.

Daha sonda mərasim mədəni proqramla davam etdirilib.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.175060