Saat:10:33
Haqqımızda

Deputat AÇIQLAMA VERDİ: "Vəziyyət gərgin olacaq”

2022-09-29 15:39:00

Deputat AÇIQLAMA VERDİ:

“Azərbaycanın regionlarında iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq. Buna görə də, regionlarda sahibkarlıq inkişaf etdirilməlidir”. 

Hurriyyet.az-ın məlumatına əsasən, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. 

O bildirib ki, təmsil etdiyi Quba rayonunda sahibkarlar əkib-becərdiyi tərəvəz məhsullarını çaya atırlar. 

“Çünki emal müəssisəsi yoxdur, sahibkarlar çətinliklərə üzləşirlər”, - deyə o əlavə edib. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR