Dənizdə batan şəxslərin kimliyi BƏLLİ OLDU - Biri şəhid oğlu, digəri qazi imiş

2022-07-29 10:17:00

Dənizdə batan şəxslərin kimliyi BƏLLİ OLDU - Biri şəhid oğlu, digəri qazi imiş

Xəbər verdiyimiz kimi, Dünən axşam saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 2 nəfər balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batıb.

Hurriyyet.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, həmin şəxslər Nicat Allahverdiyev və Sübhan Zöhrabovdur.

Qeyd edək ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.

Hal-hazırda FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu tərəfindən hər iki şəxsin axtarışları davam etdirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060541