Dənizdə batan şəhid oğlunun meyiti tapıldı

2022-07-30 09:37:00

Dənizdə batan şəhid oğlunun meyiti tapıldı

İyulun 28-də axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi tapılıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, onun meyiti bu gün səhər saatlarında batdığı yerdən, təxminən, 200 metr aralıda aşkarlanıb.

Mərhumun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Xəzər dənizində batan şəxslər Nicat Allahverdiyev və Sübhan Zöhrabovdur. Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən Müharibəsi qazisidir.

Yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056341