Demokratiya küləyə qarşı gedir: Əfqanıstandakı müharibənin İsveç üçün nəticələri açıqlandı...

2021-09-15 14:36:00

Demokratiya küləyə qarşı gedir: Əfqanıstandakı müharibənin İsveç üçün nəticələri açıqlandı...

2001-ci ildə ABŞ-ın terrorla mübarizəsini dəstəkləyərkən terrorçuların sayının azalacağını düşünən İsveç onların daha da artacağını gözləmirdi. 

Hurriyyet.az bildirir ki, bu sətirlər İsveçin Daqens Nyheter nəşrində dərc olunan məqalədəndir.  Qəzetin qeyd etdiyi kimiABŞ-ın faktiki olaraq terrorla hərbi yolla mübarizə aparmaqdan imtina etdiyini nəzərə alsaqdünya demokratiyanın öz mövqeyini qoruyub saxlamasının getdikcə daha çətin olacağı yeni bir dövrün astanasındadır.

11 sentyabr terrorundan 20 il ötür. Amerika Birləşmiş Ştatları və müttəfiqləri ümid edirdilər ki, bu illər ərzində terrorla mübarizədə qələbəni qeyd edəcəklər. Ancaq “Dagens Nyheter” qəzeti yazır ki, indi qələbəni onlar yox, “Taliban” və digər ekstremistlər qeyd edirlər.

Dünyanın ən çox axtarılan terrorçularından biri olan Siracəddin Haqqani yaxınlarda Əfqanıstanın daxili işlər naziri vəzifəsinə təyin edildi. Daha əvvəl FTB onu tutmaq üçün yerini deyənə 10 milyon dollara yaxın mükafat vəd etmişdi: “Lakin o, hazırda Kabildəki hökumət sarayında oturur. ABŞ və müttəfiqləri isə vahimə içində ölkəni tərk etmək məcburiyyətində qaldılar”, - deyə qəzet yazır.

Riksdaq (İsveç parlamenti – red.) həmin vaxt yeganə supergüc sayılan dövlətin terrora qarşı mübarizəsini dərhal dəstəkləyəndə isveçli siyasətçilər gələcəyi belə təsəvvür etmirdilər. İsveç 2001-2002-ci illərin sonlarında Əfqanıstana ordu göndərməyə başladı.

Beləliklə, Stokholm nəinki Əfqanıstanın təhlükəsizliyini təmin və “Əl-Qaidə”ni məhv etməyi düşünürdü, həm də yaxın xarici dövlətlərdə müharibə olacağı təqdirdə NATO üzvlüyünə dəstək səviyyəsini artıracağına ümid edirdi .

Ancaq “Əl-Qaidə”, İŞİD və digər terror qrupları ilə mübarizə planı tez bir zamanda səhv getdi. Əfqanıstan və İraqa müdaxilədən sonra terrorçuların sayı azalmaq əvəzinə daha da artdı. Nəticədə ABŞ-ın hərbi müdaxiləsinin müdrikliyinə şübhələr artmağa başladı.

Üstəlik, 2012-ci ildə ABŞ prezidenti Barak Obama Suriyada “qırmızı xətt” çəkdi: diktator Bəşər Əsəd öz əhalisinə qarşı kimyəvi silah istifadə etsəydi, bu, dünyanın qalan hissəsinin müdaxiləsinə səbəb olardı. Ancaq praktikada bu vəd yalnız söz olaraq qaldı və Bəşər Əsəd heç bir kənar müdaxilə olmadan hərəkət edə bildi.

Belə vəziyyət 2015-ci ildə miqrasiya böhranını daha da ağırlaşdırdı və bu da son bir neçə onillikdə İsveçin daxili siyasətində ən dramatik dəyişikliklərə səbəb oldu. Üstəlik, 2017-ci ilin aprelində Rəhmət Akilov oğurlanmış yük maşınını qəsdən Stokholmda günahsız insan izdihamının üzərinə sürəndə isveçlilər terrorun nəfəsini çox yaxından hiss etdilər.

Yaxın gələcəkdə İsveçdə və ya ümumiyyətlə, dünyada islam terroru probleminin həll ediləcəyi ehtimalı azdır. Lakin ABŞ yardım proqramları ilə birlikdə genişmiqyaslı hərbi əməliyyatlar vasitəsilə onunla mübarizə aparmaq fikrindən əl çəkdi.

“Dünya yeni bir dövrə keçid mərhələsindədir. Bunun İsveç üçün nə demək olacağı sual altındadır”, - deyə “Dagens Nyheter” vurğulayır.

Uzun illər İsveçin xarici siyasəti iki sütunda dayanırdı: insan hüquqları və demokratiya uğrunda mübarizə. Eyni zamanda millətçiliyə və avtoritarizmə meyl edən dünyada bu istəklərin reallaşması getdikcə çətinləşir.

Diktator öz xalqını məhv etməyə başlayanda xarici dünya necə reaksiya verməlidir? Ruandadakı soyqırımdan sonra BMT-də formalaşmış insanları qorumaq üçün dünyanın müdaxilə etməsi prinsipi praktikada işləmir

ABŞ yoruldu, Çin və Rusiya BMT-nin işini iflic etmək üzrədir. İsveç idealları indi küləyə qarşı gedir”, - deyə qəzet yekun qənaətində bildirir.