Saat:17:36
Haqqımızda

"Demokratik ölkələr futbolda daha uğurludur" - İLQAR MƏMMƏDOV

2024-03-28 12:25:29

"Gürcüstanın uğurunu bu ölkənin bizdən daha demokratik olması ilə əlaqələndirənlərin mövqeyi elmin gəldiyi qənaətə uyğundur"

"Futbolda uğur və ölkədəki demokratiyanın vəziyyəti arasında əlaqə varmı? Demokratiyanın, azadlığın Gürcüstanda bizdən çox olduğuna kimsə şübhə etmir deyə, gürcü futbolçularının Avropa Çempionatına çıxmasından sonra çox adam maraqlanır ki, görəsən bunun səbəbi demokratiyadırmı. Baxaq, bu haqda elm nə deyir. 2015-ci ildə akademik jurnalda dərc olunan əhatəli statistik araşdırma dünya çempionatlarının son 80 ildəki nəticələrini təhlil edərək bu nəticəyə gəlir: demokratik ölkələr futbolda daha uğurludur". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov qeyd edib.

Partiya sədrinin sözlərinə görə, başqa bir elmi araşdırma isə ölkədaxili futbol çempionatının nəticələri və demokratiya arasında bağlılığı ölçüb: "Məlum olub ki, ölkə daha demokratik olduqda birinci yerə fərqli komandalar daha çox çıxır. Yəni, çempionatlar daha gərgin keçir. Bu isə öz növbəsində, milli yığmanı gücləndirir. Beləliklə, Gürcüstanın uğurunu bu ölkənin bizdən daha demokratik olması ilə əlaqələndirənlərin mövqeyi elmin gəldiyi qənaətə uyğundur. Azərbaycan daha demokratik olsa, millimiz də futbolda uğurlu ola bilər. Yeri gəlmişkən, bu il oktyabrda Gürcüstanda, yayda isə bizdə parlament seçkisidir. Səsverməyə gəlin, səs verin. Daha demokratik olaq, futbolda daha uğurlu olaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR