Saat:12:37
Haqqımızda

“Deməli, öndəyəm ki, məni bu qədər müzakirə edirlər” — VİDEO

2022-11-04 20:27:00

“Deməli, öndəyəm ki, məni bu qədər müzakirə edirlər” — VİDEO

Tanınmış aktrisa, müğənni Çimnaz Sultanova bir neçə gün öncə telekanalların birində “Dəliyəm-dəli” mahnısını oxuyarkən ifa zamanı şou göstərməyə çalışıb. Qollarına qandal, gözünə maska taxan Çimnaz qəribə rəqs etməyə başlayıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə qısa zaman ərzində yayılaraq tənqid olunub. Sultanovanın şousunu pornoqrafik məzmunlu adlandıranlar ifaçını daş-qalaq edib.
Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Çimnaz Sultanova tənqid edənlərə onu diqqətdə saxladıqları üçün təşəkkür edib:
“İnsanlar bu şouya niyə belə yanaşdılar bilmirəm. Heç bilmirəm bu suala nə cavab verim. Deməli, öndəyəm ki, məni bu qədər müzakirə edirlər. Bu fikirlər çox xoşdur. Hər kəsə minnətdaram. Səhifələr bunu paylaşır, məni hədəfə çevirirlər. Mən əvvəl elə bilirdim onlar da jurnalistdirlər, sonradan bildim ki, sosial şəbəkələrdə hər səhifə açan jurnalist deyil. Hər bir halda, bütün səhifə işlədən adminlərə də təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, mənim yaradıcılıq fəaliyyətimlə maraqlanırlar, yazırlar, paylaşırlar. Tənqid edənlərə cavab vermək istəmirəm. Hər birinə sadəcə təşəkkür edirəm”.
Qeyd edək ki, Ç.Sultanovanın sözügedən verilişdə gözündə maska, qolunda qandalla rəqsinin erotik görüntü verdiyi iddia olunaraq tənqid edilib. 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR