Saat:09:47
Haqqımızda

Dələduzluğa məruz qalan iş adamı ölkə başçısına müraciət etdi

2022-01-21 14:38:00

Dələduzluğa məruz qalan iş adamı ölkə başçısına müraciət etdi

Abşeron rayonunun Fatmayi kənd sakini Ramilə Qulu qızı Əhmədxanlı “Hürriyyət”ə müraciət edərək bildirib ki, sahibi olduğu dükanda fəhlə kimi çalışan şəxsin dələduzluğuna məruz qalıb. Onun sözlərinə görə, 4-5 aya yaxındır yanında işləyən Tural Abdulhəsənov mebelləri boşaltmaq üçün getdiyi mənzillərdən ondan xəbərsiz olaraq pul vəsaitləri alaraq mənimsəyib. R.Əhmədxanlı deyir ki, Turan Abdulhəsənov tərəfindən ona ümumilikdə 5700 manat dəyərində ziyan vurulub. İşə Suraxanı rayon polis idarəsində baxılmağına baxmayaraq, şübhəli şəxs hələ də azadlıqdadır.

Ramilə Əhmədxanlı işin obyektiv araşdırılması üçün Prezident İlham Əliyevə müraciət edib:

"Hörmətli cənab Prezident,

Mən, Əhmədxanlı Ramilla Qulu qızı Sizə və aidiyyatı orqanlara dəfələrlə məktub və sayt vasitəsilə müraciət etmək məcburiyyətində qalmışam.

Riyad ticarət mərkəzində mebel dükanım var. Yanımda 4-5 aya yaxın fəhlə işləyən Abdulhəsənov Tural Kamal oğlu 3 mart tarixində mebeli boşaldıb, daha sonra isə ev sahibini aladadaraq pulu onun götürməli olduğunu bildirib. 1700 manat mənə çatmalı olan pul vəsaitini mənimsəyib. Hadisədən bir ay əvvəl, yəni bir fevral tarixində digər bir müştəridən də 4000 manat pulu alaraq, guya digər malları gətirmək adı ilə aldadıb. Daha sonra mənə həmin pul məbləğini taksidə unutduğunu bildirib. Özü 102-yə məlumat vermiş, məni də inandırmışdı ki, 23-cü bölməyə ərizə verilib və pul tapılacaq.

Daha sonra danışığında bildirib ki, bu 1700 manat pulu da, o biri 4000 manat pulu da əcəb edib mənimsəyib. Dediyinə görə, polis ona heç nə edə bilməz. Onun deyib ki, dələduzlara heç kim cinayət işi açmaq ixtiyarı yoxdur. Qanuni ölkədə yaşayırıq və yəgin ki, qanunlarımız “get kimin əmlakını, əşyasını, pulunu mənimsə qoy cibinə, sonra hədə-qorxu gəl” demir. Doğrudanmı başqasının əmlakını mənimsəmək, zərbə vurmaq bu qədər adiləşib?…Həqiqtənənmi dələduzluq başlı-başına buraxılıb?… Belə çıxır ki, qanunlar bu cür şəxslərin qarşısında aciz qalıb?...Qanunvericilik bu qədər acizdirsə, kömək istəyən birinə heç nə etmirsə kimə güvənək?…Bu adam iki evdən mağazaya məxsus 5700 manat pul vəsaitini mənimsəyib. Nəticədə özüm zərəri ödəməyə məcbur qalmışam. Mənim kimisi üçün çox böyük məbləğdir. İki gün orda- burdan zəng edib, ora-bura çağırırlar. Deyirlər ki, bu cinayətdi kömək edəcəyik. Lakin, nəticədə həmin şəxs hələ də azadlıqdadır. Mənə dəymiş zərər də qaytarılmayıb…

Aidiyyatı qurumlara müraciətimdən sonra iş Suraxanı rayon Prokurorluğuna göndərildi. Suraxanı rayon Prokurorluğu isə işi yenidən Suraxanı rayon polis bölməsində göndərib. Bir müddət öncə polis bölməsinin rəisinin qəbulunda oldum. O, işin obyektiv araşdırılacağına söz verdi.

Cənab Prezident, bu şəxs maaşını müxtəlif bəhanələrlə məndən əvvəlcədən alıb. Kredit və birbaşa pul vəsaitini verilməyən evlərə hansısa bəhanə ilə getmirdi. Gedəndə isə malı boşaldıb çıxırmış. Sonradan isə ev sahiblərini gizlin bayıra çağırıb, guya “dükandan pul üçün bunu göndərmişik” adı ilə qayıdıb pulu istəyib. Kim ki, dəqiqləşdirmək üçün zəng edən zaman sözü dəyişərək aradan çıxıb. Lakin, iki nəfər ev sahibi zəng vurmadan pulu Tural Abdulhəsənova verib. Tural Abdulhəsənov deyir ki, qardaşının prokurorluqda tanışı var. Qanundan qorxurmuş kimi davranaraq, kimə istəyirikə şikayət etməyimizi bildirib.

Qeyd edim ki, dələduzluq , yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, 178.2.4- xeyli miqdarda ziyan vurmaqla törədildikdə -üç min manatdan beş min manatadək cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cənab Prezident, bu adam 5700 manat pul mənimsəyib. Artıq 10 aydır ki, işim düzgün araşdırılmır. Nə mənə dəyən zərər qaytarılır, nə də bu şəxs həbs edilib. Qanun çərçivəsində bu işə lazımi hüquqi qiymət verilməsini xahiş edirəm”.

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR