Saat:20:11
Haqqımızda

DƏLƏDUZ, VƏLƏDÜZNA SİYASƏTÇİNİN ERMƏNİ SEVGİSİ – Millət vəkilinin yazısı

2024-05-08 00:16:35

DƏLƏDUZ, VƏLƏDÜZNA SİYASƏTÇİNİN ERMƏNİ SEVGİSİ – Millət vəkilinin yazısı

Vüqar İSKƏNDƏROV, millət vəkili

Frank Şvabe erməni ağalarının tapşırıqlarını yerinə yetirmək üçün dəridən qabıqdan çıxır

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, həmçinin ötən il lokal xartakterli antiterror tədbiləri nəticəsində bütün ərazilərimizdə dövlət suverenliyinin bərpa edilməsi dostlarımızı sevindirdiyi qədər düşmənlərimizi dərin kədərə qərq edib. Və onlar bu kədərlərini, məğlubiyyət acılarını söndürmək üçün bütün gücləri ilə Azərbaycana diş qıcıyır, dağıdıcı, yırtıcı xisləti ilə bütün tribunlardan bizə qarşı hücuma keçməyə çalışırlar.

Çalışırlar ona görə deyirik ki, bu yırtıcı xislətli, insanlıq və sülh düşməni olan dəstənin bütün məkrli planları, iyrənc cəhdləri Azərbaycanın qətiyyətli duruşu qarşısında iflasa uğrayır. “Dəmir yumruq” qarşısında gücsüzlüklərini, acizliklərini, rəzil duruma düşdüklərini görən bu dəstənin üzvlərini dəli edən digər bir məqam isə onların öz ağaları qarşısında, necə deyərlər, gözükölgəli qalması, verilən “ev tapşırıqlarını” yerinə yetirə bilməməsidir.

Azərbaycanın qətiyyəti qarşısında məğlub olduqları üçün daha da quduzlaşırlar

Bu sırada almaniyalı deputat, siyasətçidən daha çox dələduz kimi tanınan Frank Şvabe də var. Bu gün Frank Şvabe və onun kimi digər bir neçə vələdüzna şəxsin Qərbin, Avropanın müxtəlif tribunalarında Azərbaycan hədəfə alması, bizə qarşı iftira yağdırması heç də təsadüfi deyil. O mənada ki, onlar bir tərəfdən Azərbaycana qarşı düşmənçiliklərini davam etdirirlərsə, digər tərəfdən də onları qidalandıran xaricdəki erməni lobbisinin tapşırıqlarını yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar.

 

 

 

Uzun zaman erməni lobbisinin yalı ilə yallanan Şvabe və onun kimilər hazırda Azərbaycanın qətiyyəti qarşısında hər dəfə məğlub olandan sonra daha da quduzlaşırlar. Bu həddə çatdıqları üçün isə əllərinə düşən hər bir tribunadan sui-istifadə edərək Azərbaycana, ayrı-ayrı siyasətçilərə qarşı təhqirlər yağdırmaqdan belə çəkinmirlər. Amma bir şeyi unutmurlar ki, hər bir xoş və bəd addımın həm də bumeranq effekti olur. Elə ixtiyarı erməni lobbisinin əlində olan Frank Şvabe də bizim bu yazını Azərbaycana qarşı etdiyi iyrəncliklərin bumeranq effekti kimi dəyərləndirə bilər.

Erməni lobbisinin “uşağı” olduuna dair sübutlar

Bu Şbavenin ermənilərin, erməni lobbisinin “uşağı olması”, təpədən dırnağa qədər ermənilərin işğalçılıq siyasətinə xidmət etməsini sübuta yetirmək heç də çətin deyil. Bunun üçün sadəcə bu vaxta qədər mediada qeyd edilən, həmçinin ayrı-ayrı ekspertlərin səsləndirdiyi faktlaırn bir neçəsini xatırlatmaq kifayət edər.

Əvvəla, qeyd etdiyimiz kimi, bu adamın Azərbaycan düşmənçiliyini bir səbəbi onun erməni sevgisi ilə bağlıdırsa, digər səbəbi də bu “sevgini” yaradan erməni maliyyəsi ilə əlaqədardır.

 

 

 

Almaniya Parlamenti 2016-cı ilin iyununda qondarma “erməni soyqırımı”nı rəsmən tanıyan zaman meydanda “baş rolun ifaçısı” məhz Frank Şvabe idi.

Eyni zamanda bu dələduz siyasətçi utanmadan, çəkinmədən dəfələrlə bəyan edib ki, Azərbaycan guya “dağlıq Qarabağ”da olan erməni abidələrini məhv edir. Amma bircə dəfə kişilik edib, demir ki, ermənilər işğal altında saxladıqları Azərbaycan torpağında olan abidələrin, xüsusən məscidlərin demək olar ki, hamısını darmadağın edib. Bircə dəfə “Azərbaycan əsgəri o boyda Qarabağda bayraq sancmağa bir bina tapmırdı” sözlərini dilinə gətirmir.

Şvabe və onun kimilər mərdlik, kişilik hisslərindən tamamilə uzaqdır

Əslində, bunu demək ikiüzlü Qərb ölkələrində belə mərdlik sayılır. Frank Şvabe və onun kimilər isə mərdlik, kişilik hisslərindən tamamilə uzaqdır. Əgər belə olmasaydı, o heç olmasa bircə dəfə də Ağdamın nə üçün Qafqazın Hiroşiması adlandırılması barədə düşünərdi. Təbii ki, normal düşünmək qabiliyyəti varsa…

Frank Şvabe həm də haqqı, ədaləti müdafiə edən şəxslərə qarşı hücumları ilə də “fərqlənir”. Bu “fərqlənmək” isə hətta faciə ilə nəticələnib. Yenə faktlara müraciət edək.

Deməli, bu siyasət dəllalı 2019-cu ildə Almaniya parlamentində çıxışı zamanı Azərbaycanı müdafiə etmiş deputat həmkarı Karin Strenzi əsassız olaraq korrupsiyada ittiham etmişdi. Daha doğrusu utanmadan-çəkinmədən yalan, iftira səsləndirmişdi. Necə deyərlər, öz adını başqasına qoymuşdu. Özü korrupsioner, dələduz, erməni lobbisinin pulunu qulu olan bu vələdüznanın həmin əsassız iddiasından xanım deputatın toxunulmazlığını qaldırdılar.

 

 Karin Strenzi

 

Onun bu çirkin əməli isə faciə ilə nəticələndi – təzyiqlərə, yalan və iftira kampaniyasına ürəyi dözməyən Karin Strenz 2021-ci ildə 53 yaşında dünyasını dəyişdi.

7 qlobal maliyyə fırıldağında adı keçən deputat

Frank Şvabenin pula, korrupsiyaya meyilliyinə gəlincə, məlumatlara görə, bu alman deputatın adı indiyə qədər nə az-nə çox, düz 7 qlobal maliyyə fırıldağında keçib. Amma hansısa qaranlıq gücün dəstəyi sayəsində bu dələduz məlum cinayət işlərindən yaxasını qurtara bilib.

Əslində, bu qaranlıq gücün kim, yaxud kimlər olması barədə ehtimal etmək heç də çətin deyil. Məsələ burasındadır kİ, F.Şvabe Almaniyanın deputatı olsa da, Almaniya dövlətinin, Bundestaqın və bütövlükdə Berlinin siyasi kursunun ziddinə addım atıb, hazırda da atır.

Əvəzində isə belə deməkmümkünsə, Fransanın, dahadoğrusu Makron rejiminin hazırladığı plana uyğun olaraq addımlar atır. Bunun əyani sübutlarından biri isə odur ki, məlumatlara əsasən, Şvabe milliyətcə alman olsa da, AŞPA-da Almaniyanı təmsil etsə də, əsas təlimatları, əmrləri, buyruqları birbaşa Fransadan alır. Bunun əyani sübutlarından biri isə Frankın AŞPA Plenar iclaslarında yalnız Fransa nümayəndə heyətinin üzvləri ilə bərabər oturması və sadəcə Makrona yaxın şəxslərlə məsləhətləşməsidir. Eyni zamanda bir məqamı xatırlatmaq yerinə düşər ki, Şvabenin Almaniyada 1, Fransada isə 12 mülkü var.

 

 

Bütün bunlar isə Şvabenin erməni istəyinin həm də Fransa amilindən qaynaqlandığını deməyə əsas verir. Eyni zamanda yuxarıda bəhs edilən məlum cinayət işlərindən yaxasını necə qurtardığına işıq salır.

Təbii ki, Frank Şvabenin əməlləri, cinayətləri, ermənidən artıq ermənilik etmək istəyi barədə çox danışmaq olar. Lakin düşünürük ki, elə bu yazımızda qeyd edilənlər də onun kimliyinin xəritəsini cızmağa yetərlidir.

Sonda Azərbaycanın bir atalar sözünü xatırlatmaq yerinə düşər. Deyir it hürər, karvan keçər. Azərbaycanın Zəfər karvan da tezliklə Zəngəzur dəhlizindən keçərək Türk dünyasını coğrafi baxımdan da birləşdirəcək!

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.181098