Dəhşətli zəlzələ Azərbaycanın əmlak bazarına təsir edib?

"Bu gün əmlak bazarında passivlik müşahidə edilir, alqı-satqıda durğunluq hökm sürür”.
Hurriyyet.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov deyib. O bildirib ki, Türkiyədə baş verən zəlzələdən sonra əmlak bazarında alıcı gözə dəymir:
"Ev almaq istəyənlər hadisələrin sonunu gözləyirlər, hamı dayanıb, hamı gözləyir”.
Nüsrət İbrahimov əmlak bazarında həyət evlərinin qiymətinin qalxması ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb:
"Biz bazarın ən aktiv iştirakçısıyıq, əgər həyət evlərinin qiymətində artım olsa bilərik. Boş söhbətlərdir, insanlarda panika yaratmaqdır. İndiki vəziyyətdə küçədə kimdən soruşsan ki, haradan ev almaq istəyərsən, deyəcək həyət evi yaxşıdır, amma bu o demek deyil ki, həmin adam həyət evi almağa hazırlaşır. Bu sözü deyənlərin çoxu hündürmərtəbəli binalarda yaşayır”.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya