Dəhşətli qəzadan əvvəl çəkdiyi - Video 1 il sonra yayıldı...
2025-12-03 12:31:35
Ötən il dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL təyyarəsində həyatını itirən Rəşid Qıstarovun hadisədən öncə lentə aldığı videogörüntülər üzə çıxıb.
Hurriyyet.az xəbər verir ki, görüntüləri mərhumun oğlu Abbas Qıstarov paylaşıb.
O bildirib ki, atası Rəşid Qıstarovun telefonunu iki gün əvvəl əldə edib. Sözügedən görüntülər də qəzadan öncə atası tərəfindən lentə alınıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. (Qafqazinfo)
