Dəhşətli qəzada ölən Orxanla Sona tələbə imiş... - Foto

2022-07-02 17:05:00

Dəhşətli qəzada ölən Orxanla Sona tələbə imiş... - Foto

Ötən gecə Göygöl rayonunda dəhşətli qəzada ölən ərlə arvadın tələbə olduğu müəyyənləşib.

Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki ,“Vaz 2107” markalı avtomobilin “Daf” markalı TIR-ın zərbəsinə tuş gəlməsi nəticəsində həlak olan 1994-cü il təvəllüdlü Orxan Hümbətov və həyat yoldaşı 1996-cı il təvəllüdlü Sona Hümbətova Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alıblar. Onlar “Rabitə avadanlıqlarının qurlaşdırıcısı” ixtisasının 1 ci kurs tələbələri olublar.

Qeyd edək ki, 6 nəfərin öldüyü qəzada Orxanla Sonanın azyaşlı uşağı İbrahim də həlak olub. Hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətində istirahətə gediblərmiş. 

 


 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065009