Saat:00:10
Haqqımızda

DƏHŞƏTLİ QƏTL - 2 qızını və 4 nəvəsini yandıraraq öldürdü

2021-10-19 11:45:00

DƏHŞƏTLİ QƏTL - 2 qızını və 4 nəvəsini yandıraraq öldürdü

Pakistanın Pəncab vilayətində ailə faciəsi yaşanıb.

Hurriyyet.az "Reuters"ə istinadla xəbər verir ki, Müzəffərqarh şəhər sakini qızlarından birinin onun razılığı olmadan ərə getdiyi üçün öz evini yandırıb.

Yanğın nəticəsində kişinin iki qızı və dörd nəvəsi yanaraq ölüb. Uşaqlar dörd aylıq, 2, 6 və 13 yaşlarında olublar.

Faciənin səbəbkarı həbs olunub. İnsidentlə bağlı istintaq aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR