DƏHŞƏTLİ PROQNOZ: "O, nüvə raketlərini işə salsa, bəşəriyyəti məhv edə bilər"

2022-09-02 11:25:00

DƏHŞƏTLİ PROQNOZ:

"Qabaqcıl və yüksək inkişaf etmiş süni intellekt (AI) təsadüfən nüvə raketlərini işə sala, nüvə müharibəsi başlada və bəşəriyyəti məhv edə bilər".

Hurriyyet.az xəbər verir ki, bunu qlobal fəlakətlər sahəsində "Washington Post"un tarixçi alimi Emil Torres deyib.

"Əgər hamımız süni intellekt tərəfindən məhv edilsək, bu, demək olar ki, təsadüfən baş verəcək. Məsələn, biz kompüteri dünyaya sülh gətirmək üçün proqramlaşdıracağıq və o, hökumət sistemlərinə müdaxilə edəcək və planetdəki bütün nüvə silahlarını işə salacaq, çünki insanlarsız münaqişələr olmayacaq", - Torres bildirib.

Tarixçinin sözlərinə görə, süni intellekt artıq əsas problemlərin həlli üçün qeyri-standart yollar taparaq insandan üstün olmağı öyrənib. O, bəyan edib ki, insan süni intellektin insanlara zərər verməsini qadağan edə bilər, lakin süni intellektin bu cür məhdudiyyətlərdən yan keçməsi çətin olmayacaq.

Emil Torresin sözlərinə görə, bu, "üsyankar robot" adlanan robotun söndürülməsinə də aiddir:

"Nə vaxtsa süni intellekt onun ölümünün tapşırığın tamamlanmasına mane olacağını anlayacaq, ona görə də süni intellekt bunun qarşısını almaq üçün hər şeyi edəcək.

Bəşəriyyətin nə vaxtsa super intellektli bir şəbəkə yaratmağa hazır olub-olmayacağı bilinmir, lakin bu gün mütləq deyil".

O əlavə edib ki, hazırda bəşəriyyət son dərəcə qeyri-sabitdir və yenilikləri yenicə dərk etməyə başlayır, buna görə də süni intellektin yaradılması fişəng fabrikinin yanında yanan kibritə bərabər olacaq.(Publika.az)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065148