Saat:20:08
Haqqımızda

“Dedim, Kamran, atanam, məni vurma” – CİNAYƏT İŞİ

2024-05-01 22:06:10

“Dedim, Kamran, atanam, məni vurma” – CİNAYƏT İŞİ

Bakının Yasamal rayonunda 1990-cı il təvəllüdlü oğlu Kamran İsrafilovu qətlə yetirən 68 yaşlı Ramiz İsrafilovun məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.İsrafilov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Oğulun ölümünə, atanın həbsə düşməsinə səbəb olan hadisə ötən ilin aprelində baş verib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində oğlunun içki aludəçisi olduğunu, buna görə ondan tez-tez spirtli içki almaq üçün pul istədiyini, vermədikdə ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətdiyini bildirib.

Atasının sözlərinə görə, oğlu iki ay narkoloji dispanserdə müalicə alsa da, üç dəfə qanını dəyişsə də, yenə içkiyə davam edib.

Cinayət hadisəsi isə gecə saatlarında baş verib. Ata İsrafilovun iddiasına görə, o, yatdığı zaman Kamran otağın qapısını döyüb və bu zaman onun sinəsindən yapışıb:

“Dedim ki, Kamran, mən sənin atanam, məni vurma. O da dedi ki, camaatın atası ona ev verir, maşın verir. Sən mənə heç nə vermirsən? Dedim, mən sənə pul versəm, sən gedib içki içəcəksən. Ona görə də vermirəm. Bu zaman oğlum məni itələdi, atamdan yadigar qalan bıçağı götürmək istədi, mən ondan cəld tərpəndim. Kamran məni itələyəndə bıçağın ona batdığını hiss etdim. Böyük oğluma təcili tibbi yardım briqadası çağırmağı tapşırdım. Çölə çıxıb, təcili yardım maşınını qarşıladım, onlara kömək etdim. Bir gün sonra isə xəstəxanada vəfat etdi”.

Qeyd edək ki, Kamran İsrafilov vaxtilə hərbçi olub. O, 2012-ci ildə Füzuli Hərbi Məhkəməsinin hökmü ilə dələduzluq və hərbi hissəni özbaşına tərk etmə cinayətlərinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum edilib, iki il sonra isə əfv olunub. \\Qafqazinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.182127