Dədə Süleymanın oğlu: “Füzulidəki evi Nanəyə verdik”

2022-12-12 22:47:00

Dədə Süleymanın oğlu: “Füzulidəki evi Nanəyə verdik”

Oktyabr ayında 83 yaşında vəfat edən Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) vəsiyyəti müzakirələrə səbəb oldu. Belə ki, onun aparıcı Nanə Ağamalıyevaya evini vəsiyyət etməsini pərəstişkarlarından bəziləri qeyri-real hesab etdi, bəziləri bunun mümkünsüzlüyünü bildirdi.
Hurriyyet.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan sənətçinin oğlu Cümşüd Abdullayev sözügedən vəsiyyətin yerinə yetirildiyini bildirib:
“Hər şey yolunda getdi. Atam necə vəsiyyət etmişdisə, o cür də oldu. Füzulidəki ev Nanəyə verilib”.
Qeyd edək ki, Süleyman Abdullayev əslən Füzuli rayonunun Qoçəhmədli kəndindəndir. Qoçəhmədli kəndi 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub. Ermənilərin xaraba qoyduğu Qoçəhmədli kəndinin inşasına hələ başlanılmayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.170426