DÇ-2022: Portuqaliya Qananı məğlub etdi - VİDEO/YENİLƏNİB

2022-11-25 00:04:00

DÇ-2022: Portuqaliya Qananı məğlub etdi - VİDEO/YENİLƏNİB

Bu gün DÇ-2022-nin H qrupunda I tura yekun vurulub.

Bu qrupda mübarizəyə qoşulan sonuncu komandalar Portuqaliya və Qana olub.

Əsrin iki ən yaxşı futbolçusundan biri sayılan Kriştiano Ronaldu karyerasının son mundialına çıxıb. Qətərdəki çempionatın yeganə azad agent statuslu oyunçusu olan əfsanə, kapitanı olduğu yığmanı zəfərə daşımağı bacarıb.

Qana isə afrikalılar üçün o qədər də uğurlu başlamayan turnirdə sürpriz etmək niyyətində idi. Onlar 8 il əvvəlki mudnialda portuqaliyalılardan aldığı 1:2 hesablı məğlubiyyətin də revanşını almaq arzusu ilə meydana çıxmışdı.

Bütün bunlara baxmayaraq oyun Portuqaliya millisnin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

DÇ-2022, qrup mərhələsi

24 noyabr, I tur

H qrupu

20:00. Portuqaliya – Qana 3:2

Qollar: Kriştianu Ronaldo, 65 (pen.), Andre Ayyu, 73, Joao Feliks, 78, Rafael Leao, 80, Bukari 89.

 

 

***

 

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

 

***

Qətərdə keçirilən dünya çempionatının H qrupunun ilk turunda üz-üzə gələcək Portuqaliya və Qana yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:

Portuqaliya: Dioqu Koşta, Rafael Gerreyro, Danilo Pereyra, Joau Kanselu, Ruben Diaş, Ruben Neveş, Brunu Fernandeş, Bernardu Silva, Joau Feliks, Otavio Monteyro, Kriştianu Ronaldu

Qana: Lourens Ati-Zigi, Əbdül-Rəhman Baba, Məhəmməd Salisu, Daniel Amarti, Aleksander Ciku, Alidu Seydu, Məhəmməd Kudus, Tomas Parti, Salis Əbdül Səməd, Andre Ayyu, İnyaki Uilyams

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. \\Bakupost.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.170529