Saat:04:12
Haqqımızda

Daxili İşlər Nazirliyinin polis polkovniki niyə cəzasız qalıb?

2022-08-11 13:23:00

Daxili İşlər Nazirliyinin polis polkovniki niyə cəzasız qalıb?

Xatırladaq ki, 08.08.2022 ci il tarixində Tovuzda piyadanı avtomobillə vuran şəxs polis polkovniki sabiq Gəncə Şəhərin də Kəpəz-Nizami rayon şöbələrinin rəisi işləyən, hal-hazırda Şəmkir rayon Kür qəsəbəsinin bölmə rəisi olan Ədalət Sadıqov haqqında sosial şəbəkələrdə yazılar dərc olunmuşdur.

Adı çəkilən şəxsin idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub.

Samir Sadıqovun ölümü ilə nəticələn avtomobil qəzası baş verməsinə baxmayaraq, hələdə Şəmkir rayon Kür qəsəbəsinin bölmə rəisi tutduğu vəzifədən azad olunmayıbdır nə də digər cəza tədbiri görülməyib.

Sual yaranır niyə?

Nəyə əsasən bu şəxs piyadanın ölümündə təksirlənib və cinayət işi başlanaraq ibtidai istintaq aparılmır?

Azərbaycan Respublikasının Qanunları təkcə zəif təbəqədən ötəri deyil, fiziki şəxslər və hüquqi şəxslər eyni məsuliyyəti daşıyırlar.

Diqqətimi bu cinayətdə bir şey çox çəkdi.

Oxu.az saytında verilən məlumatlara görə, Kür qəsəbəsinin bölmə rəisi Ədalət Sadıqov xidmətdə olduğu vaxtda qəza törədibdir.

Axı Ədalət Sadıqovun Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınmış yol qəzası ilə onun xidmətdə olduğu zamanı törətdiyi cinayəti nə bağlayır?

Şəmkir rayon polis şöbəsinə tabe olan " Kür qəsəbəsi" bölməsinin rəisi Ədalət Sadıqovun, törədilən piyadanın ölümünə səbəb olan hadisə yerindən, yəni ki Tovuz rayon ərazisi ilə heç bir əlaqəsi yoxdur, xidməti şəxs işlədiyi rayon ərazisində olduğu halda qəza törətsə, bu fikirlər üst-üstə düşər.

Necə ola bilər ki, Kür qəsəbəsində xidmətdə olan polis polkovniki, xidməti zamanı, Tovuz rayon ərazisindədir.

Deməli, mətbuata verilən açıqlama absurddur...

Daxili İşlər Nazirliyinin mövqeyini dinləməyə hazırıq.…

Gəncə bölgə müxbiri Azər...

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR