Daşkəsəndə FƏLAKƏT: 4 maşını, 2 avtobusu sel apardı - Video

2022-06-11 13:14:00

Daşkəsəndə FƏLAKƏT: 4 maşını, 2 avtobusu sel apardı - Video

Daşkəsən rayonu ərazisində 10 iyun saat 19:00 radələrində dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və çaylarda sel sularının çoxalması nəticəsində 4 körpü sökülüb dağılıb, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin kənd təsərrüfatı ilə bağlı əkin, kartofçuluq, arıçılıq sahələrinə və yaylaqlarda vətəndaşların çoxsaylı mal-qarasına ciddi ziyan vurulub, bir sıra kəndlərdə ciddi fəsadlar törədərək təhlükəli vəziyyət yaranıb.

Hurriyyet.az xəbər verir ki, güclü leysan yağışları nəticəsində yaranmış sel suları rayonun Çanaqçı, Alaxançallı, Suqovuşan və Almalı kəndləri ərazisindəki körpüləri söküb dağıtmış, həmin kəndlərin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.

Kənddaxili və kəndlərarası avtomobil yollarının xeyli hissəsi sıradan çıxararaq tam yararsız vəziyyətə düşüb, 4 şəxsi avtomobili və 2 kəndlərarası işləyən avtobusu sel sularının axını aparıb. 4 kənddə elektrik enerjisi təchizatı dayanaraq elektrik dayaqları aşaraq tam yararsız vəziyyətə düşüb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya