Saat:14:11
Haqqımızda

Daşkəsəndə dolu düşüb, elektrik kəsilib, nəqliyyatın hərəkəti çətinləşib

2021-09-17 16:53:00

Daşkəsəndə dolu düşüb, elektrik kəsilib, nəqliyyatın hərəkəti çətinləşib

Qərb bölgəsində güclü külək əsir, dağlıq rayonlara dolu düşüb.

Günorta saatlarından dağlıq və dağətəyi rayonlarda hava şəraiti kəskin dəyişib.

Daşkəsəndə güclü küləklə müşahidə olunan leysan yağış yağıb. Bir neçə dəqiqə Daşkəsənə və ətraf dağlıq rayonlara dolu düşüb.

Hava şəraiti səbəbindən bəzi yerlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinlik olub.

Hazırda Gəncə şəhərində və yaxın rayonlarda küləkli hava şəraiti müşahidə olunur.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR