Saat:08:22
Haqqımızda

Daşkəsəndə avtomobillər toqquşdu, müəllim öldü

2022-12-03 17:18:00

Daşkəsəndə avtomobillər toqquşdu, müəllim öldü

Daşkəsən rayonunda avtomobillər toqquşub, müəllim ölüb. 

Hurriyyet.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayon ərazisindən keçən hissəsində "Soyuq bulaq" deyilən ərazidə qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük avtomobili ilə "Niva" markalı maşın toqquşub. Nəticədə "Niva"nın sürücüsü - Daşkəsən rayonunun Əmirvar kənd sakini, 1964-cü il təvəllüdlü Xanlar Tağıyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Tağıyev Əmirvar kənd tam orta məktəbinin müəllimi imiş.

Faktla bağlı araşdırma aparılır. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR