Daşkəsəndə ailəsinin gözü qarşısında ildırım vuran kişi öldü

2022-06-14 14:51:00

Daşkəsəndə ailəsinin gözü qarşısında ildırım vuran kişi öldü

Daşkəsəndə 40 yaşlı kişini ildırım vuraraq öldürüb.

Hurriyyet.az xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb. Belə ki, Samux rayon sakini Mahir Səfərov yaylaqda kənd təsərrüfatı ilə məşğul olarkən ildırım onun əlindəki aliminium bidona düşüb. Həmin vaxt M.Səfərovun ailə üzvləri də orada olub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya