Saat:07:07
Haqqımızda

Daşkəsən sakininin iddialarına DİN-dən REAKSİYA - "Cinayət işi yekunlaşaraq ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib"

2024-03-29 21:31:51

Daşkəsən sakininin iddialarına DİN-dən REAKSİYA -

Hurriyyet.az saytında dərc olunan "Polis rəisi dedi ki, onlar əli hər yerə çatan iş adamının qohumudur, biz həbs edə bilmərik" sərlövhəli yazıya Daxili İşlər Nazirliyi tərəfindən reaksiya verilib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan saytımızda bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ötən ilin müxtəlif vaxtlarında rayon sakinlərinə məxsus bir neçə mal-qaranı oğurlamaqda şübhəli bilinən Samux rayon sakinləri Yusif Eyvazov, Nofəl Ələkbərov və Həsrət Əliyev saxlanılıb. 

"İstintaq zamanı saxlanılan şəxslər zərərçəkənlərdən Habil Əmiraslanovdan başqa digərlərinə dəymiş ziyanı ödəyiblər və sözügedən zərərçəkənlər Rayon Polis Şöbəsinə müraciət edərək hər hansı şikayət-tələblərinin olmadıqlarını bildirdiklərindən, eləcə də şübhəli şəxslərin himayəsində azyaşlı olmaları nəzərə alınaraq barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib. 

Cinayət işi yekunlaşaraq ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı şübhəli Yusif Eyvazov barəsində axtarış elan edilərək saxlanılıb. İş üzrə məhkəmə istintaqı davam etdirilir", - deyə açıqlamada bildirilir.

Jalə FAMİLQIZI

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.172766