Saat:13:27
Haqqımızda

Daşaltıda avtomobil aşıb - ölən var

2022-12-02 11:33:00

Daşaltıda avtomobil aşıb - ölən var

Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb. 

Hurriyyet.az
xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda qeyd olunur ki, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.  

Hadisə ilə bağlı Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR