"Dar, dayaz amma səs-küylü adamlar "mənəvi terror" əsdirə bilməzlər" - NATİQ CƏFƏRLİ

""Susqun çoxluq" öz gücünü bilməli, dəyərləndirməli, meydanı "boşboğaz azlığa" buraxmamalıdır"
"Hökuməti anladıq, qorxu mühiti yaradaraq, basqı edərək senzura yaradıb, hətta "özünüsenzura" da geniş yayılıb. Söz deməyə qabiliyyəti, bacarığı olanların bir çoxu susur, medianın da vəziyyəti ortadadır. Sistem belə işləyir, bunu bildik. Bəzi adamlar, dar, kiçik və amma səs-küylü, özünə müxalifət deyən qurum nümayəndələri, belə bir görüntü yaratmaq istəyən fərdlər var ki, təhqir-söyüş, qaralama, böhtan, şər alətləri ilə, linç etməklə özlərini "toxunulmaz" etməyə çalışırlar". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli deyib.
REAL-ın icra katibi bildirib ki, deməyə sözü, fikri olan insanlar abr-həyalarına boğulub onlara qarşı da "özünüsenzura" moduna keçirlər: "Demokratiyanın "D"-dan xəbəri olmayan, düşüncə olaraq avtoritar, geridəqalmış, içiboş olan belələri bu vəziyyətdən istifadə edib hamıya "daş atırlar". Kimsə də elələrinə cavab verəndə, "nəyinə lazımdır, baş qoşma", deyirlər, yəni, "özünüsenzuranı" artırırlar. Olmaz belə, bu dar, dayaz amma səs-küylü adamlar "mənəvi terror" əsdirə bilməzlər, həyasız və tərbiyyəsiz davranışları ilə layiq olmadıqları "ictimai rəy formalaşdıran" statusu qazanmamalıdırlar".
Natiq Cəfərlinin sözlərinə görə, sistem sözü-fikri zatən boğur, qeyd olunan çevrə də eyni şeyi etmək istəyir: "Belə olmaz, "susqun çoxluq" öz gücünü bilməli, dəyərləndirməli, meydanı "boşboğaz azlığa" buraxmamalıdır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya