“Danışıqların əsasını Bakının təqdim etdiyi 5 maddə təşkil edir” - Nikol Paşinyandan ETİRAF

2022-04-22 17:08:00

“Danışıqların əsasını Bakının təqdim etdiyi 5 maddə təşkil edir” - Nikol Paşinyandan ETİRAF

“Hazırda ictimaiyyət Ermənistan-Azərbaycan danışıqlarının bütün sənədlərinin məzmunu ilə tanışdır”.

Hurriyyet.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bəyan edib.

O təsdiqləyib ki, Ermənistan-Azərbaycan danışıqlarının əsasını Bakının təqdim etdiyi 5 bənd təşkil edir. Nikol Paşinyan qeyd edib ki, Ermənistan tərəfinin cavabı da danışıqların əsasını təşkil edir.

Erməni baş nazir qeyd edib ki, hazırda Qarabağ nizamlanması üzrə danışıqlar masasında heç bir layihə yoxdur. “Məsuliyyətlə bəyan edirəm ki, hazırda Qarabağ münaqişəsi ilə bağlı masada olan və ya müzakirə edilən heç bir layihə yoxdur”.

O, sənədin ictimai müzakirə olmadan imzalanmasının mümkünlüyünü istisna edib.

Paşinyan erməni müxalifətinin ittihamlarına da cavab verib. “Qarabağ onların deyil ki, istıdiklərini etsinlər. Qarabağ təslim olub olmamaq subyekti də deyil. Əgər biz 44 günlük müharibədən sonra Qqarabağı təslim etsəydik, bu gün ermənilərin öz evlərinə qayıtmasını təmin etmək üçün on milyardlarla dram xərcləməzdik. Əksinə, biz Qarabağa görünməmiş səviyyədə sərmayələr qoyuruq. Çünki Qqarabağı saxlamaq erməniləri Qarabağda saxlamaq deməkdir. Bunu isə sülh olmadan etmək mümkün deyil”.

Jamaz.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya