Danimarka diplomatı 6-cı dəfə Türkiyə XİN-ə çağırıldı
2023-08-25 22:49:21

Danimarkanın Ankaradakı müvəqqəti işlər üzrə vəkili Kopenhagendə Quranın yandırılması ilə bağlı aksiyalara görə altıncı dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Ankaradakı diplomatik mənbə məlumat yayıb.
Bildirilib ki, diplomat bundan əvvəl avqustun 18, 21, 22, 23 və 24-də nazirliyə çağırılıb.
Qeyd edək ki, Danimarkada ictimai məkanlarda Quran, eləcə də digər dini kitabların nüsxələrinin yandırılmasını qadağan edən qanun layihəsi müzakirəyə çıxarılacaq.\\Axar.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya