Danielyandan SENSASİON AÇIQLAMA: “Ermənistan Azərbaycan dilini...”

2023-01-13 13:44:00

Danielyandan SENSASİON AÇIQLAMA: “Ermənistan Azərbaycan dilini...”

“Kollektiv Təklükəsizlik Müqaviləsi Təşkilatı təlimlərinin Ermənistanda keçirilməsindən imtina bu ölkənin gücünü Türkiyəyə tabe etmək məntiqinə uyğun gəlir”.

Hurriyyet.az xəbər verir ki, bu fikir ekspert Stepan Danielyan tərəfindən səslənib. Onun fikrincə, bütün bu proses Azərbaycana (həm də Türkiyəyə) dəhliz verilməsi ilə bağlı razılaşmanın əldə olunmasıyla nəticələnə bilər.

Erməni politoloqun sözlərinə görə, Ermənistan hakimiyyətinin gələcəkdə türk və ya Azərbaycan dilini ikinci, bəlkə də birinci rəsmi dil kimi tanıması tamamilə mümkün görünür. Onun bildirdiyinə əsasən, Ermənistanın 2020-ci ildə müttəfiq kimi məğlub olması əslində Rusiyanın zəifləməsinin təzahürüdür və bu səbəbdən də Moskva Türkiyəni bölgəyə daxil etməyə məcbur qalıb. “Növbəti mərhələdə isə biz Türkiyə-İran qarşıdurmasını, hətta Ermənistan ərazisi də daxil olmaqla, müharibəni görəcəyik”, - deyə Stepan Danielyan fərziyyə yürüdüb.

Onun iddiasına görə, İran təlimi olmasaydı, Türkiyə və Azərbaycan onsuz da Sünikdə olardı: “Tehran olmasaydı, Sünik məsələsi çoxdan həll olunmuşdu. Dəhliz İranı təhdid edir”.

Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.192735