Saat:18:17
Haqqımızda

Dani Alveş yenidən məhkəməyə verildi

2024-03-29 19:33:54

Dani Alveş yenidən məhkəməyə verildi

Braziliyalı keçmiş futbolçu Dani Alves yenidən məhkəməyə verilib.

Buna səbəb bəstəsi “sambaçı”ya məxsus olan “Aviao” mahnısı olub.

2020-ci ildə Alveslə yanaşı, bir neçə məşhur da musiqinin müəllifi kimi təqdim olunub. Lakin bəstəkarlar Juliano və Tiaqo Mateus Danini müəllif hüquqlarını pozmaqda ittiham edirlər. Onlar mahnının plagiat olduğunu bildiriblər.

Futbolçunun vəkili isə ittihamı rədd edib. O, əsərin sırf Alvesə məxsus olduğunu açıqlayıb.

Lakin şikayətə əsasən o, bu dəfə Braziliya məhkəməsinə videobağlantı vasitəsilə ifadə verəcək.

Qeyd edək ki, Alves bu yaxınlarda 4,5 il həbs olunsa da, 1 milyon avro girov müqabilində azadlığa çıxıb.\\Offsideplus.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR