Dana Uayt UFC ilə futbolu müqayisə etdi
2025-11-20 20:43:33
UFC prezidenti Dana Uayt döyüş təşkilatının gələcək hədəfləri ilə bağlı cəsarətli açıqlama verib.
Uayt bildirib ki, məqsədi UFC-ni dünyanın ən böyük idman fenomeninə çevirməkdir:
“Futbolu və Dünya Kubokunu kölgədə qoymaq istəyirəm. Standartlarımı ora qoyuram.”
Dana Uaytın sözlərinə görə, UFC-nin böyüməsi və qlobal təsiri artıq bir çox ənənəvi idman növlərini geridə qoymağa başlayıb və təşkilat daha böyük auditoriyaya çatmaq üçün yeni planlar üzərində işləyir. \\Offsideplus.az
