Damlanın "İlan"ı başına bəla oldu: "Quran" sizə qənim olsun" - VİDEO

2022-07-23 15:26:00

Damlanın

Müğənni Damlanın sevənlərinə yeni təqdim etdiyi klipi müzakirələrə səbəb olub.

Hurriyyet.az xəbər verir ki, sənətçinin "İlan" adlı mahnısına çəkdirdiyi ekran işindəki rahibə obrazı tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Onlar Damlanı boyununa xaç taxıb kilsəyə daxil olmasını müsəlmana yaraşmadığını bildiriblər.

Onlar "Din, "Quran" sizə qənim olsun" deyərək ifaçını tənqid ediblər. Bu haqda Damla sosial şəbəkə hesabında bildirib. O, video yayımlayaraq ünvanına deyilən tənqdilərə cavab verib.

Xatlırladaq ki, Damla "İlan" mahnısına çəkilən klipini ötən gün təqdim edib. İfaçı klipdə bir neçə obrazda olub. Mahnının sözləri və musiqisi MİRO-ya aiddir. Sənətçinin klipini "Orxansway" ərsəyə gətirib. Hər dəfə layihələrində fərqli obrazda kamera qarşısına keçən Damla klipdə rahibə obrazında olub.

Ətraflı videoda:

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059755