“Daily Telegraph”: İranlı qızları məktəbə buraxmamaq üçün qəsdən zəhərləyirlər

2023-02-28 11:54:00

“Daily Telegraph”: İranlı qızları məktəbə buraxmamaq üçün qəsdən zəhərləyirlər

Britaniyanın “Daily Telegraph” qəzeti iddia edib ki, iranlı qızları məktəbə buraxmamaq üçün qəsdən zəhərləyirlər. Bundan başqa, İranın səhiyyə nazirinin müavini Yunes Pənahi jurnalistlərə deyib ki, “müəyyən şəxslər bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyiblər” və şagirdləri qəsdən “kimyəvi birləşmələrlə zəhərləyiblər”.
Ötən həftə Qum şəhərində 15 məktəbli qızın zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Bu arada İranın qərbindəki Bürucird qubernatoru 82 şagirdin dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Hadisələrin hamısı qız məktəblərində baş verib, ilk xəbər ötən ilin noyabrında Qumda qeydə alınıb. Son dərəcə mühafizəkar və dini bir şəhər olan Qum İranın ruhaniləri və ilahiyyat seminariyalarına ev sahibliyi edir, burada ölkə liderlərinin əksəriyyəti təhsil alır.
Bildirilən zəhərlənmələr həm də qonşu Əfqanıstandakı Talibanın məktəbləri, universitetləri qızlar və qadınlar üçün qapalı saxlamağa davam etdiyi, onların təhsil almasına qadağa qoyduğu bir vaxta təsadüf edir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.326430