"Daily Sabah": 2023-cü il ABŞ-İran münasibətləri üçün əlamətdar il olacaq

2023-01-20 15:36:00

2023-cü il İranın siyasəti və ABŞ-la münasibətləri üçün həlledici olacaq. Bu barədə Türkiyənin "Daily Sabah" nəşri yazıb.

Qəzetin yazdığına görə, xarici təzyiqlər və daxili iğtişaşlar fonunda rejim ardıcıl böhranlarla üzləşir. Bəziləri İranın ali liderinin xəstə olduğunu düşünür və etirazlar fonunda İranda hakimiyyətin yüksək eşelonlarında hər hansı dəyişiklik rejimin təməllərini sarsıda bilər.
Bayden administrasiyası İsrail qoşunlarının köməyi ilə İranın nüvə obyektlərini məhv etmək üçün hərbi əməliyyat kimi məcburi variantları dəstəkləyə bilər. Bunu İsrail Hərbi Hava Qüvvələrinin builki planları da təsdiqləyir. İranın nüvə obyektlərinə hücumun real ehtimal olduğu bildirilir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.179476