Saat:08:33
Haqqımızda

Daha xəbərdarlıq olmayacaq! - Ordumuz hansı yolları nəzarətə götürdü?

2023-03-25 17:52:00

Daha xəbərdarlıq olmayacaq! - Ordumuz hansı yolları nəzarətə götürdü?

Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. 

Hurriyyet.az xəbər verir ki, Müdafiə Nazirliyinin nəsələ ilə bağlı yaydığı son açıqlama diqqət çəkir.

Məsələ burasındadır ki, Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Yəni, artıq iş xəbərdarlıqdan keçib. Bunun nəticəsi kimi, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Bu isə həmin yollara Azərbaycan ordusunun nəzarət etməsi deməkdir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR