Saat:04:22
Haqqımızda

Daha iki ölkə Şengen zonasına daxil edilib

2024-04-01 10:52:19

Daha iki ölkə Şengen zonasına daxil edilib

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Bolqarıstanla Rumıniya vizasız səyahət bölgəsi olan Şengen zonasına daxil edilib.
Bu barədə məlumatda Avropa İttifaqı Komissiyasının başçısı Ursula fon der Lyayen X sosial şəbəkəsində verib. Bu gündən etibarən bu iki ölkənin hava və dəniz sərhədlərində yoxlamalar aradan qaldırılır. Lyayen bu qərarın Avropa İttifaqı miqyasında milyonlarla vətəndaş üçün faydalı olacağını, Şengen bölgəsini daha da gücləndirəcəyini bildirib.
Aİ Komissiyasının daxili işlərindən məsul olan üzvü Ylva Yohansson növbəti mərhələdə quru sərhədlərindəki yoxlamaların da ləğv ediləcəyini, bu məsələnin üzv ölkələr arasındakı danışıqlarda müzakirə ediləcəyini bəyan edib.
Rumıniya ilə Bolqarıstan 2007-ci ildə Avropa İttifaqına üzv qəbul ediliblər. Avstriya miqrasiya axınından marahat olaraq, uzun illər boyunca iki ölkənin Şengen zonasına daxil edilməsinə qarşı çıxırdı. Razılaşma ötən ilin axırında əldə edilmişdi.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.281305