Saat:04:37
Haqqımızda

Daha iki ölkə İsraillə diplomatik əlaqələrini dayandırdı – SƏFİRLƏR GERİ ÇAĞIRILDI

2023-11-01 15:38:43

Daha iki ölkə İsraillə diplomatik əlaqələrini dayandırdı – SƏFİRLƏR GERİ ÇAĞIRILDI

Çili və Kolumbiya İsraildəki səfirlərini geri çağırıb.

Hurriyyet.az Reuters”ə istinadən xəbər verir ki, iki ölkə Təl-Əvivi Qəzza zolağına endirilən zərbələrə görə “humanitar qanunu pozmaqda” ittiham edib.

Çili prezidenti Qabriel Boric ölkənin İsraildəki səfirinin "Qəzza zolağında beynəlxalq humanitar hüququn pozulması" səbəbi ilə məsləhətləşmələr üçün geri çağırılmasını əmr etdiyini açıqlayıb.

Prezident X sosial media hesabında yazıb ki, Çili İsrailin hərbi əməliyyatlarını “qətiyyətlə pisləyir” və onları böyük narahatlıqla izləyir.

Səfirin geri çağırılmasını Kolumbiya prezidenti Qustavo Petro da elan edərək, İsraili “Fələstin xalqının qətliamında” ittiham edib.

Bundan əvvəl Cənubi Amerikanın digər ölkəsi Boliviya da İsraillə diplomatik münasibətləri kəsdiyini açıqlamışdı.

Ülviyyə ŞÜKÜROVA

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.573172