Daha bir plastik cərrahın lisenziyası ləğv edildi
2025-02-06 10:41:44

“Azər-Türk Med” klinikasında plastik cərrah kimi faliyyət göstərən Təbəssüm Qurbanovanın da lisenziyası ləğv edilib.
Hurriyyet.az lent.az-a istinadla xəbər verir ki, Təbəssüm Qurbanova bir müddət əvvəl əməliyyat zamanı canlı açdığı üçün medianın gündəminə gəlmişdi.
Təbəssüm Qurbanovanın Azərbaycan Dəmir Yolları QSC-nin keçmiş sədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun yaxın qohumu olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl plastik cərrahlar – Sevinc Heydərova, Bəhicə Kərimova, Rəna Quliyeva, Könül Ağamirova, Şövkət Əliyeva, Dilqəm Məhərrəmov və Nərgiz Əhmədovanın lisenziyalarının ləğv edildiyi haqda məlumat yayılmışdı.
