Daha bir ölkə Teleqrama qarşı cinayət işi açdı
2024-09-02 11:14:57
Cənubi Koreya polisi Teleqrama qarşı cinayət işi açıb.
Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
İstintaqın platformada dərc olunan bəzi saxta məzmunlarla bağlı olduğu qeyd edilir:
“Şübhələr saxta videoların yayılması və digər cinayətlərlə bağlıdır. İstintaqda bəzi çətinliklər var, çünki messencer lazımi məlumatları, məsələn, hesab məlumatlarını təqdim etmir”.