Saat:03:31
Haqqımızda

Daha bir müharibə ssenarisi - NATO və Suvalk dəhlizi

2024-02-01 14:06:40

Daha bir müharibə ssenarisi - NATO və Suvalk dəhlizi

Dünən NATO-nun Soyuq Müharibədən bəri ən böyük təlimi “Steadfast Defender 2024” başlayıb. Onlar mayın 31-dək davam edəcək. Təlimin rəsmi açıqlanmış niyyəti Rusiyanın Suvalk dəhlizi ərazisindəki işğalıdır. Ancaq təkcə bu deyil.

Gəlin, tez-tez NATO-nun “Axilles dabanı” adlandırılan Suvalk dəhlizinin nə olduğunu anlayaq.

Suvalk dəhlizinin bir tərəfində Belarusiya, digər tərəfdə Kalininqrad vilayəti, onların arasında təxminən 60 km Polşa-Litva sərhədi var. Qərb analitiklərinin fikrincə, Rusiya-NATO müharibəsi başlayarsa, bundan yaxşı yer təsəvvür etmək olmaz.

Üstəlik, Almaniyanın “Bild” qəzeti bu yaxınlarda müharibə ssenarisini təqdim etdi, hansı ki, ssenariyə görə də bu ilin sonunda Rusiya öz qüvvələrinin iki böyük qrupu - iki zirehli diviziya, mexanikləşdirilmiş piyada diviziyası və onun komandanlığı, yəni 70 minə yaxın əsgərlə dəhlizi tuta bilər.

Beləliklə, Rusiya Baltikyanı dövlətlər ilə blokdakı müttəfiqlərinin arasını tutaraq, Baltikyanı zəif orduların silah təchizatı üçün quru yolunu kəsəcək.

Bu ssenaridə NATO yalnız 2025-ci ilin may ayına qədər Rusiya Federasiyasının və alyansın guya 300 minlik ordusunun üz-üzə gələcəyi zaman “yerindən oynayacaq”.

Yoxsul Baltikyanı ölkələri dəniz yolu ilə silahla təmin etmək çətin olmaz. Yaxınlıqdakı Finlandiya NATO üzvüdür və o, təkcə silahla deyil, həm də dəstək verməyə hazır olacaq. İsveç ittifaq qüvvələrinin və aktivlərinin yerləşdirilməsi üçün öz ərazisini və sularını NATO-nun ixtiyarına verəcək.

Amma dünya müharibələrinin dövrü keçib. Tam miqyaslı əməliyyatlar keçmişdə qaldı. Hərbi strategiya nöqteyi-nəzərindən, yüz minlərlə qoşunu kiçik bir coğrafi bölgədə cəmləşdirmək axmaqlıq işidir. Bütün təzyiqlərə baxmayaraq, Qərbdəki əksər hərbi ekspertlər hələ də Suvalk dəhlizi üçün müharibə ssenarisini qeyri-mümkün hesab edirlər.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.187648