Saat:10:49
Haqqımızda

Daha bir məşhur nəşr-"The New York Times” xəbərdarlıq etdi: Rusiya bir həftə əvvəl Kiyevdəki səfirliyi və konsulluqlarının əməkdaşlarını təxliyə etməyə başlayıb

2022-01-18 15:58:00

Daha bir məşhur nəşr-

Qərb mediasında "qaçılmaz Rusiya işğalının əlamətləri" mövzusunda daha bir nəşr “The New York Times” yazır ki, Ukrayna ilə sərhəddəki vəziyyətlə bağlı danışıqlara başlamazdan bir həftə əvvəl Rusiya Kiyevdəki səfirliyi və konsulluqlarının əməkdaşlarını təxliyə etməyə başlayıb.
Qəzet yazır ki, yanvarın 5-də 18 nəfər-əsasən də Ukraynada işləyən rus diplomatların uşaqları və arvadları-Moskvaya 15 saatlıq evə getmək üçün avtobuslara miniblər.
Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbənin sözlərinə görə, yaxın günlərdə Kiyevdən və Lvovdakı konsulluqdan 30 nəfərin Ukraynanı tərk edəcəyi gözlənilir. ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton gözlənilən evakuasiyadan xəbərdar idi.
“Rusiya hökumətinin dekabrın sonu və yanvarın əvvəlində onların ailə üzvlərini Ukraynadakı səfirliyindən təxliyə etməyə hazırlaşdığını göstərən məlumatımız var idi”, deyə məlumatda bildirilir.
Bunun doğru olub-olmaması hələ də bəlli deyil. Ancaq investorlar üçün belə faktın özü Ukraynadan vəsaitlərin çıxarılmasını sürətləndirmək üçün bir siqnaldır. Hansı ki, yeri gəlmişkən, onlar artıq bunu edirlər.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR