Daha bir məşhur GENERAL vəzifəsindən AZAD EDİLDİ - FOTO

2022-09-06 19:12:00

Daha bir məşhur GENERAL vəzifəsindən AZAD EDİLDİ - FOTO

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi bu qurumla bağlı açılan cinayət işinə cəlb olunub.

Hurriyyet.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Komitənin Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Rəisi, general-mayor Kənan Məmmədov bu səbəbdən tutduğu vəzifədən azad olunub. Hazırda gömrük generalı hüquq-mühafizə orqanları tərəfindən dindirilir.

Xəbəri rus dilində oxuyun: Ещё один генерал освобождён от должности

Qeyd edək ki, K. Məmmədov daha əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi olub. 2019-cu ildə general-mayor rütbəsi ilə təltif edilib.

Xatırladaq ki, son dövlər DTX tərəfindən Gömrük Komitəsində silsilə əməliyyatlar keçirilib. Aralarında generallar da olmaqla bir sıra yüksək vəzifəli şəxslər rüşvət və mənimsəmə ittihamı ilə həbs edilib. DGK sədri Səfər Mehdiyev isə iyulda vəzifəsindən azad olunub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.070305