Daha bir məktəbli qızın ərə verilməsinin qarşısı alındı

2022-06-11 10:07:00

Daha bir məktəbli qızın ərə verilməsinin qarşısı alındı

Qazaxda daha bir məktəbli qızın erkən nikaha daxil olmasının qarşısı alınıb.

Hurriyyet.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, Rayon Polis Şöbəsinə Qarapapaq kəndində yetkinlik yaşına çatmayan şəxsə toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb. Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.

Qızın 15 yaşında olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə Qazaxın Kosalar kəndində də 16 yaşlı məktəbli qız erkən nikaha sövq edilmiş, polisin müdaxiləsi nəticəsində mağar sökülərək toyun qarşısı alınmışdı.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya