Daha bir erməni sərsəmləməsi: Qazaxın 7 kəndi və Kərkiyə həyasız iddia

2022-05-13 23:24:00

Daha bir erməni sərsəmləməsi: Qazaxın 7 kəndi və Kərkiyə həyasız iddia

"Dörd gün əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Nikol Paşinyanla Tavuş vilayətindəki 7 yaşayış məntəqəsinin və Tiqranaşenin Azərbaycana verilməsi ilə bağlı razılığa gəldiklərini bəyan edib”.

Bu iddia ilə Ermənistanın "Ana Vətən” partiyasının üzvü Sos Akopyan öz Facebook səhifəsində yazıb.

Bildirib ki, yuxarıdakı bəyanatı Arsen Babayan verib və bu zərərli hakimiyyətdən bu məlumatla bağlı təkzib verməyi tələb edib.

Qeyd edək ki, erməni siyasətçinin həyasızcasına Ermənistana aid olduğunu iddia etdiyi kəndlər Qazaxın işğalda olan 7 yaşayış məntəqəsi və Kərkidir. "Xalqın cavabsız sualı olmamalıdır, bütün dedi-qodular təkzib edilməlidir. Artıq dördüncü gündür ki, hökumət bu məsələdə daş kimi susqunluq nümayiş etdirir. İndi bu hakimiyyət orqanlarının, Ermənistanın suveren ərazisində yerləşən 8 kəndini düşmənə təslim etməyə razılaşdığını təsdiqləmiş saymaq olarmı?”, daha sonra erməni siyasətçi sərdəmləməsini davam etdirib. Bu, mübarizəyə getmək, bu hakimiyyəti devirmək və Ermənistanın parça-parça verilməsinə imkan verməmək üçün kifayət qədər əsas deyilmi?

Düz deyirsiniz, başqa çarə yoxdur, biz bu hakimiyyəti aradan götürməliyik”, - Sos Akopyan sonda əlavə edib. \\Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya