Daha bir direktorun SƏS YAZISI yayıldı: Valideynlərdən pul tələb edir, müəllimləri intihar həddinə çatdırıb - VİDEO

2022-09-19 19:37:00

Daha bir direktorun SƏS YAZISI yayıldı: Valideynlərdən pul tələb edir, müəllimləri intihar həddinə çatdırıb - VİDEO

N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova haqqında redaksiyamıza şikayət ünvanlanıb, səs yazısı təqdim olunub.

Hurriyyet.Az xəbər verir ki, redaksiyamıza edilən şikayətdə direktorun məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etdiyi bildirilir.
Qeyd olunur ki, direktor valideynlərdən 5 yaşlı uşaqlar üçün qrupların açılmasına görə 100 AZN tələb edir. Şikayətçinin sözlərinə görə, Nəcibə Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyir.
Əldə etdiyimiz məlumata görə, direktor hətta müəllimləri də təhqir etməkdən çəkinmir.
Məktəbin müəllimlərindən biri direktorun təzyiqindən intihar həddinə çatdığını da qeyd edib.
Direktorun səs yazısını təqdim edirik:



Yenicag.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.098883