Daha bir azərbaycanlı məşhur koronadan VƏFAT ETDİ
2021-12-04 19:12:00
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin kollektivinə ağır itki üz verib.
Hurriyyet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "İçərişəhər" Muzey Mərkəzinin direktor müşaviri, Əməkdar mədəniyyət işçisi Gülnar Əliyeva koronavirusdan dünyasını dəyişib.
2008-ci ildən təcrübəli muzeyşünas kimi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsinə qəbul edilən Gülnar Əliyeva 2014-cü ildə Əməkdar Mədəniyyət işçisi adına layiq görülüb.
Allah rəhmət eləsin!