Saat:13:59
Haqqımızda

Daha bir azərbaycanlı iranlının "narkotik toruna" düşüb

2025-01-16 12:46:34

Daha bir azərbaycanlı iranlının

Xəzər rayonunda saxlanılan narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkarlanıb. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər.

Tədbir zamanı qeyd edilən əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Babək Əhmədov saxlanılıb. Ondan ümumilikdə 8 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.

B.Əhmədovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.299766